35 C
Baku
20 İyul 2025, 11:08
DünyaHadisə

Gəmi batdı: ölən və itkin düşənlər var

Bugun.tv xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərinin Kumluca rayonu sahillərində baş verib. Belə ki, Qvineya-Bisau bayraqlı ticarət su nəqliyyatı batıb.

Gəmi naməlum səbəbdən su almağa başlayıb. Hadisə ilə bağlı təcili çağırış göndərilib. Sahil Təhlükəsizlik qrupları dərhal hərəkətə keçib. Bölgəyə 1 korvet, 7 qayıq, 2 helikopter və 1 təyyarə göndərilib.

Lakin 14 ekipajı olan gəmi bir neçə dəqiqə ərzində su altında qalıb. Komandalar ilk mərhələdə 5 nəfəri sudan çıxara biliblər. 9 nəfərin axtarışına başlanılıb. Təxminən 15 saat sonra Suriya vətəndaşının cansız cəsədi tapılıb.

İtkin düşən 8 dənizçinin axtarışları davam edir. Ancaq güclü fırtına xilasetmə işlərini ləngidir.

Hadisə ilə bağlı Kumluca Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.

Mənbə: NTV haber

Nigar Məmmədova

Oxşar xəbərlər

ABŞ-da silahlı hücum: 7 yaralı var

Bugün TV

Hicabsız qadınlara hücum olundu

Nigar Məmmədova

UNICEF: 1 milyon uşaq uçurumun kənarında yaşayır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu