33 C
Baku
20 İyul 2025, 22:24
Baş xəbərKriminal

Gəncə sakini bıçaqla qətlə yetirildi

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O, bildirib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 35 yaşlı Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 19 yaşlı Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Nigar Məmmədova

Oxşar xəbərlər

Sabunçu polisi əməliyyat keçirtdi

Nigar Məmmədova

“Bərpa olunan enerjidə süni intellektin gücləndirilməsi və rəqəmsal innovasiya”

Aynur Camal

Gədəbəydə şəhidləri ziyarət etdilər – FOTO / VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu