3 C
Baku
14 Dekabr 2025, 17:07
Baş xəbərKriminal

Gəncədə vətəndaşda saxta pul əsginası aşkarlandı

Gəncədə vətəndaşda saxta pul əsginası aşkarlanıb.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib.

Bildirilib ki, polis əməkdaşları şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət apararkən Samux rayon sakinindən bir ədəd saxta 50 manatlıq pul əsginası aşkarlanaraq götürülüb.

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Moskva və Belqorod bölgəsinə pilotsuz təyyarələrlə hücum cəhdlərinin qarşısı alındı

Bugün TV

Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

Aynur Camal

İsveçin İzmir Konsulluğuna silahlı hücum oldu!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu