7 C
Baku
22 Dekabr 2025, 12:04
Dünya

Həbsxanada iğtişaş baş verdi: 2 ölü

Meksikada başqa həbsxanaya köçürülmək istəməyən məhbuslar iğtişaş törədib. Hadisələrdə 2 məhbus həyatını itirib.

Meksikanın Tabasko ştatının Kreset şəhərində bəzi məhbusların başqa həbsxanaya köçürülməsi iğtişaşlara səbəb olub.

Hadisələrdə 2 məhbus həyatını itirib.

Dövlət Təhlükəsizlik katibi Viktor Hüqo Çaves zorakılığın 2 məhbusun təhvil verilməsi ilə bağlı baş verdiyini və polisin həbsxanada təhlükəsizliyi təmin etmək üçün əməliyyat keçirdiyini bildirib.

Çaves məhbusların mebel və zibil yandırdığını, əməliyyat zamanı çoxlu silah, kəsici alət və partlayıcının ələ keçirildiyini bildirib.

Digər tərəfdən üsyanı eşidən məhbusların yaxınları məlumat almaq üçün həbsxananın qarşısına toplaşıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İranlılar Təbrizdə Rəisinin xatirəsini yad edirlər

Aynur Camal

Məzahir Əfəndiyev “Konstitusiya və Suverenlik – dini-mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirdi

Aynur Camal

Rusiya kəşfiyyatı: “Moskvadakı terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu