33 C
Baku
20 İyul 2025, 18:48
Baş xəbərDünya

Həbsxanasında mühafizə itləri qazlarla əvəzləndi

Braziliyanın Santa-Katarina əyalətindəki təhlükəsizlik koloniyasında gözətçi itləri qazlarla əvəz olunub.

Bugun.tv xəbər verir ki, bu barədə “Bild” yazıb.

Qəzet Marcos həbsxanasının direktoru Roberto de Souza’dan sitat gətirib: “Bizim elektron müşahidə, yerində müşahidə… və nəhayət, itləri əvəz edən qazlar tərəfindən nəzarətimiz var”.

Polis əməkdaşlarının sözlərinə görə, qazların üstünlüyü ondadır ki, onlar insanlara öyrəşə bilmirlər və görünəndə yüksək səslə qışqırmağa başlayırlar. Bundan əlavə, qaz saxlamaq, it saxlamaqdan daha sərfəlidir.

Qazlar koloniyanın daxili və xarici hasarları arasındakı ərazidə patrul edir. İslah müəssisəsində qazlar üçün kiçik gölməçə də yaradılıb. Qazlar 1300-ə yaxın məhbusa nəzarət edir.

Teymur Əziz

Oxşar xəbərlər

8 NOYABR — ZƏFƏR GÜNÜ

Aynur Camal

Avtomobillər qar uçqunu altında qaldı

Aynur Camal

Sərnişin avtobusu idarədən çıxdı: 14 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu