22 C
Baku
11 Oktyabr 2025, 19:44
Baş xəbərSiyasət

Hədəf İsrail üzərindən Azərbaycan-Türkiyə qardaşlığıdır – Tənzilə Rüstəmxanlı yazır

“Son günlər bəzi qüvvələr tərəfindən İsrail və İran arasında hazırda yaşanan gərginlik bəhanə edilərək, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı hədəf alınıb. Bu yazıların müəllifləri – bəzən köşə yazarları, bəzən özünü ekspert kimi təqdim edən şəxslər Azərbaycan ilə İsrail arasındakı münasibətləri birtərəfli və emosional şəkildə təhlil adı altında təhrif edir, hadisələri tarixi və geosiyasi reallıqlardan uzaqlaşdırmağa çalışırlar.

Əslində səslənən fikirlər, irəli sürülən arqumentlərin əsassızlığı məsələnin siyasi təhlildən daha çox iki qardaş ölkə arasında təxribat layihəsi olduğu görünür. Məlum olduğu kimi, Türkiyə Qəzza məsələsində xüsusi həssaslığı ilə seçilir və Fələstini açıq şəkildə dəstəklədiyini ifadə edir. Təbii ki, bu cür mövqe tutmaqda Türkiyənin obyektiv və subyektiv səbəbləri var.

Lakin təəssüflər olsun ki, qardaş ölkədə bəzi media resursları və jurnalistlər Qəzza böhranını kontekstindən çıxararaq, reallıqdan uzaq ittihamlar irəli sürürlər. Xüsusilə də, Azərbaycana qarşı səsləndirilən bir çox haqsız iddialar dərin narahatlıq doğurur” – deyə Milli Məclisin deputatı Tənzilə Rüs­təm­xan­lı öz sosial media hesabında paylaşım edib.

Aynur Camal

Oxşar xəbərlər

Birinci vitse-prezident başsağlığı verdi

Aynur Camal

Daşkəsən, Kəlbəcər və Laçında olan təxribatlar haqqında Türk siyasi ekspertinin fikirləri

Aynur Camal

Xəstəxanada bir pişiyi kompüter tomoqrafiyası apardığı üçün həkim qanuni tədbirlərlə üzləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu