23 C
Baku
9 İyun 2025, 23:50
Baş xəbərDünya

Dünyada həftəlik iş saatları 4 günə endirilir?

Bugun.tv xəbər verir ki, Belçika, 2022-ci ilin noyabrında başlayan təcrübə ilə Avropa Birliyində (AB) işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə olub.

Bununla belə, Securex insan resursları konsaltinq firmasının araşdırmasına görə, hazırda Belçikada tam ştatlı işçilərin yalnız 0,73 faizi həftədə 4 gün işləyir.

1000 nəfərdən az işçisi olan şirkətlərdə bu göstərici daha aşağıdır. Bu şirkətlərdə çalışanların yüzdə 0,45-i 4 gün işləməyə üstünlük verdiyi halda, sayı 1000-dən çox olan şirkətlərdə bu nisbət yüzdə 0,75-ə yüksəlir.

“Bu praktika işçilərin öz ixtiyarındadır. 4 günlük işə keçmək işçilərin işəgötürənə müraciət etməsi nəticəsində məsləhətləşərək verilən qərar olmalıdır. Bu cür təcrübənin mərhələli şəkildə həyata keçirilməsi və müraciətin olması normaldır”- nazirlik rəsmisi bildirib.

Securex-in araşdırmasında iki əsas səbəb göstərildi. Bunlardan birincisi işçilərin 4 günlük iş sisteminin faydalarına hələ də əmin olmamasıdır. Digəri isə odur ki, 4 gün işləmək, xüsusən işçiləri az olan şirkətlərdə inzibati və təşkilati ziyana səbəb olur.

Belçika hökumətinin ötən ilin sonunda qüvvəyə mindiyi tənzimləmə ilə işçilər istəyə və işəgötürənlə razılaşdıqları təqdirdə 38 saatlıq iş həftəsini 5 gün əvəzinə 4 gündə tamamlaya bilərlər. Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə bilərlər.

Bu fürsət işəgötürənlə razılaşma nəticəsində 6 ay davam edə bilər. Müqavilə 6 ayın sonunda qarşılıqlı razılaşma ilə davam etdirilə bilər. İşəgötürənlərin belə bir tələbdən imtina etmək hüququ var. Bununla belə, imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.

Bəzi təşkilatlar praktikanı tənqid edərək, iş yerləri baxımından iş yükünün 5 günə deyil, 4 günə cəmlənməsinin nöqsanlarına diqqət çəkiblər. Bundan əlavə, işçilərin uzun müddət işlədikdən sonra evə gedən vaxtla birlikdə evdən kənarda uzun müddət qala biləcəyi və bunun mənfi təsirləri ola biləcəyi ifadə edilib.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Texnika və mədəniyyət sahələrində dörd nəfərə Dövlət Mükafatı verildi – SƏRƏNCAM

Aynur Camal

Rumıniyanın qızılları Hollandiyada oğurlandı!

Aynur Camal

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası yaradılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu