16 C
Baku
18 Sentyabr 2025, 4:25
Baş xəbərDünya

Hələbdə müxaliflərin ələ keçirdiyi beynəlxalq hava limanı görüntülənib

Suriyada müxaliflərin nəzarətində olan Hələb Beynəlxalq Hava Limanında son vəziyyət nümayiş etdirilib.

Suriyada Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi müxalif qruplar Hələbdə ələ keçirdikləri strateji nöqtələrdə gözləməyə davam edir.

Son vəziyyət noyabrın 30-da müxalifətin nəzarətə götürdüyü Hələb şəhərinin mərkəzindəki beynəlxalq hava limanında nümayiş etdirilib.

 HTŞ qüvvələrinin keşik çəkdiyi hava limanı və ətrafında sükutun hökm sürdüyü müşahidə edilib. Hava limanında HTŞ əsgəri Əbu Həcər verdiyi açıqlamada: “Qardaşlarımız buranı fəth etdikdən sonra İdlibdə ilişib qalan Hələblilər evlərinə qayıtdılar. Hazırda Hələb hava limanındayıq. Biz buranı nəzarətə götürdük. Bu yer 11 il Əsəd rejiminin nəzarətində olub. Burada qəddarlıq edilib. Hələbdən İdlibə hava zərbələri endirildi, amma indi evə qayıtdıq, Hələbdə vəziyyət çox yaxşıdır” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi həyata keçirilir

Aynur Camal

Fələstində bir həftə ərzində toqquşmalarda 15 nəfər ölüb, 150 nəfər yaralanıb

Bugün TV

Son 3 gün ərzində 2171 qəza hadisəsi qeydə alınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu