İyul ayı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı ilə əlamətdar oldu. İki gün davam edən turnirdə 10-dək ölkənin velosipedçiləri mübarizə aparıb.
Yarışda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin MSN komandası da iştirak edib. Komandanın ən gənc üzvü, Türkiyədə təhsil alan azərbaycanlı tələbə Samir Bayramov olub. 22 yaşlı Samir Bayramov həm də ölkəmizi Türkiyədə keçirilən velosiped yarışlarında təmsil edir.
Qeyd edək ki, Azərbaycan Velosiped İdman Federasiyasının Milli komandasının dəvəti ilə turnirə qatılan həmyerlimiz Türkiyədə son bir ildə keçirilən yarışlarda 6 Finisher Medalı qazanıb. Şuşa yarışında 71 km etabın 36 km-ni tamamlayan gənc velosipedçi gələcəkdə Azərbaycan Milli Komandasının tərkibində təmsil olunmağa iddialıdır.
Olaylar.az