21 C
Baku
11 İyun 2025, 7:35
İdman

Həndbol üzrə millimizin “Avro-2026”nın təsnifat turnirində son sınağı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununa çıxacaq.

Bugun.tv xəbər verir ki, baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 15:00-da başlayacaq.

Digər oyunda isə Malta Böyük Britaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə uduzub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Gənclər və İdman naziri Fərid Qayıbov “imtahanda”

Aynur Camal

“Pulum olmayanda həyatım olub. İnsanın həmişə nəyəsə ehtiyacı olmalıdır” – Nurməhəmmədov

Bugün TV

Məryəm Kəlbizadə çempion oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu