33 C
Baku
20 İyul 2025, 19:48
Baş xəbərDünya

Hərbçilərin olduğu helikopter qəzaya uğradı: 2 nəfər itkin düşdü

Bugun.tv xəbər verir ki, Kanadada Ottava çayı yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə olan 4 ordu mənsubundan 2-nin itkin düşüb.

Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada qəzaya uğrayan hərbi helikopterdə Kanada Kral Hərbi Hava Qüvvələrindən 4 nəfərin təlim məqsədi ilə olduğu bildirilib.

İtkin düşənlərin axtarış-xilasetmə işləri 50 nəfərin köməkliyi ilə davam etdirilir.

Kanadanın baş naziri Castin Trüdo sosial media hesabından verdiyi açıqlamada onların tez bir zamanda tapılmasını, yaralıların isə tez sağalmasını arzulayıb.

Mənbə: TRT Haber

Teymur Əziz

Oxşar xəbərlər

 Elon Mask Braziliyada daşqın zonasına min internet antenası bağışladı

Teymur Əziz

Oğurlanan məşhur tablo satışa çıxarıldı

Kəmalə Sultan

“Azərbaycan qadınının intibahı – Zərifə Əliyeva” – Maya İmran yazır…

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu