5 C
Baku
15 Yanvar 2025, 9:35
Baş xəbərKriminal

Hərbi hissənin qulluqçusu intihar etdi

Bugun.tv xəbər verir ki, Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlu odlu silahdan atəş açmaqla intihar edib.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Həmçinin digər hərəkətlər də icra edilmişdir.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Nəsimi rayonunda qaz sızması olub, sakinlər təxliyyə edilib – FOTO

Bugün TV

Azərbaycan idmançıları beynəlxalq turnirdə ölkəmizi təmsil edəcəklər

Kəmalə Sultan

DTX-dən ƏMƏLİYYAT: İranın casus şəbəkəsi ələ keçdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu