22 C
Baku
27 İyul 2025, 7:16
Baş xəbərHadisə

Həbs cəzası alan 42 qaçaq tutuldu

Bugun.tv xəbər verir ki, İzmirdə ictimai asayişin mühafizəsi zamanı tutulan 42 məhkum həbsxanaya göndərilib. İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Motosiklet Polis və Güvən Qrupları Büro Komandirləri 30 Oktyabr – 5 Noyabr tarixləri arasında şəhər daxilində ictimai asayişi təmin etdi.

TRT Haber-in məlumatına görə, Aparılan işlər zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 195 nəfər, cinayətdən yayınan 288 nəfər tutulub. Tutulanlardan 42 nəfəri yekun cəzası ilə həbsxanaya göndərilib. Yoxlamalar zamanı 30 ədəd sənədsiz tapança, 4 ədəd sənədsiz ov tüfəngi, 11 ədəd boş patron, 9 ədəd patron, 1316 ədəd narkotik həb, 995,57 qram narkotik vasitə, 8 ədəd oğurlanmış motosiklet, 6 ədəd şassi və mühərrik nömrələri həkk olunmuş motosiklet, 22 ədəd mobil telefon aşkar edilərək götürülüb. Narkotikdən istifadə etdiyi aşkarlanan 220, narkotik alveri ilə məşğul olduğu iddia edilən 9 şübhəli barəsində qanuni tədbir görülüb.

İntizar Əmirova

Oxşar xəbərlər

Kıvanç Tatlıtuğ həyat yoldaşına olan sevgisini belə bildirdi

Kəmalə Sultan

Dəməşq yaxınlığında İsraildən hücum: Müdafiə Nazirliyi açıqladı!

Aynur Camal

Bəzi yollar nəqliyyata bağlanacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu