10 C
Baku
15 Mart 2026, 20:21
Baş xəbərDünya

Həbsdə olan azərbaycanlı həkimin həyatı təhlükədədir

Bugun.tv xəbər verir ki, Təbrizdə keçirilən etiraz aksiyalarında saxlanılaraq saxta ittihamlarla ağır cəzaya məhkum edilən azərbaycanlı həkim Həmid Qarahəsənlinin həyatı təhlükədədir.

Bu barədə onun yaxınları və vəkili Hüseyn Rəisi məlumat yayıblar.

Onlar həkimin həbs edildikdən sonra iki dəfə infarkt keçirdiyini, işgəncə edildiyi zaman aldığı yaraların infeksiya yaratdığı və müalicəsinə imkan verilmədiyi üçün səhhətinin ağırlaşdığını bildirirlər.

Gunaz saytı bildirib ki, Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci il noyabrın 4-də həbs edilib və radikal Bəsic qüvvələrinin üzvü Ruhllah Əcəmiyanın öldürülməsində iştirak etdikləri ittihamı ilə mühakimə olunublar.

Dindirmə zamanı ağır işgəncə edilən azərbaycanlı cütlük məhkəmədə qətl hadisəsindən xəbərsiz olduqlarını və barələrində irəli sürülən ittihamın saxta olduğunu deyiblər.

Aynur Camal

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu