Dünya

Həbsxanada iğtişaş baş verdi: 2 ölü

Meksikada başqa həbsxanaya köçürülmək istəməyən məhbuslar iğtişaş törədib. Hadisələrdə 2 məhbus həyatını itirib.

Meksikanın Tabasko ştatının Kreset şəhərində bəzi məhbusların başqa həbsxanaya köçürülməsi iğtişaşlara səbəb olub.

Hadisələrdə 2 məhbus həyatını itirib.

Dövlət Təhlükəsizlik katibi Viktor Hüqo Çaves zorakılığın 2 məhbusun təhvil verilməsi ilə bağlı baş verdiyini və polisin həbsxanada təhlükəsizliyi təmin etmək üçün əməliyyat keçirdiyini bildirib.

Çaves məhbusların mebel və zibil yandırdığını, əməliyyat zamanı çoxlu silah, kəsici alət və partlayıcının ələ keçirildiyini bildirib.

Digər tərəfdən üsyanı eşidən məhbusların yaxınları məlumat almaq üçün həbsxananın qarşısına toplaşıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Avropa Siyasi Birliyinin Zirvə Toplantısı başa çatdı

Aynur Camal

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsi anılır

İntizar Əmirova

NASA müsabiqəyə başlayıb: Qaliblər 50 min dollara qədər pul qazanacaqlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu