36 C
Baku
20 İyul 2025, 16:41
Baş xəbərDünya

Həcc vizası və ya şəxsiyyət vəsiqəsi olmayanlar Məkkəyə buraxılmayacaq

Səudiyyə Ərəbistanı iş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin çərşənbə günündən etibarən Məkkəyə girişinə qadağa qoyulacağını açıqlayıb. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi Həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.

Səudiyyə Ərəbistanında yayımlanan Əl-İhbariyyə kanalının X-də paylaşdığı paylaşımda, “Çərşənbə günündən etibarən Məkkəyə daxil olmaq üçün iş icazəsi, Məkkədə yaşayış vəsiqəsi və ya etibarlı həcc icazəsi tələb olunacaq” ifadəsi işlədilib.

Açıqlamada vurğulanıb ki, Daxili İşlər Nazirliyi bu tətbiq ilə Məkkəyə giriş və çıxışları tənzimləmək, şəhərdə yalnız səlahiyyətli şəxslərin olmasını təmin etmək və zəvvarların təhlükəsizliyini təmin etməkdir.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi həcc ziyarətinə getmək istəyənləri saxta reklamlara və saxta təkliflərə qarşı diqqətli olmağa çağıraraq, əməliyyatların yalnız rəsmi kanallar vasitəsilə aparılmasının vacibliyini xatırladıb.

Nazirlik həcc ziyarətinin yalnız səlahiyyətli qurumlar vasitəsilə alınan “həcc vizası” ilə mümkün olduğunu və bu prosesin 80 ölkədə müəyyən edilmiş rəsmi ofislərlə razılaşdırılaraq həyata keçirildiyini qeyd edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu diqqətini Livana yönəldib

Aynur Camal

ChatGPT tərtibatçısı OpenAI Google Chrome-u almaq istəyir

Aynur Camal

Azərbaycanın xarici işlər naziri Qırğızıstanda rəsmi səfərdədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu