19 C
Baku
8 Sentyabr 2024, 4:13
Baş xəbərKriminal

“Hədə-qorxu, şantajla qarşılaşdıqda dərhal polisə müraciət edin”

Hadisələrdən heç kim sığortalanmayıb. Hər birimiz təhdidlə, şantajla üz-üzə qala bilərik. Odur ki, bilməli olduğumuz vacib məqamlara diqqət etməkdə fayda var.

Bugun.tv xəbər verir ki, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələbetmə)  maddəsinə əsasən, hədə-qorxu ilə şəxsin haqqındakı hər hansı bir məlumatı, faktları yaymaq cinayət əməli sayılır. Bunu edən şəxslər maddi və yaxud mənəvi qazanc məqsədi güdür, qarşı tərəfi ifşaedici, ləkələyici məlumatlar yayaraq nüfuzuna xələl gətirməklə hədələyirlər.

Hüquqşünas Seymur Əliyev deyir ki, hədə-qorxu, şantajla üzləşən şəxs dərhal hüquq-mühafizə orqanına müraciət etməlidir.  “Bir şəxsin digərlərinə qarşı onun barəsində rüsvayedici məlumatların yayılması hədəsini edənlər 3 ildən 5 ilə qədər cinayət məsuliyyətinə cəlb olunurlar. Burada ağırlaşadırıcı hallar ola bilər. Məsələn,  qabaqcadan əlbir olaraq zor tətbiq etməklə və yaxud da mütəşəkkil dəstə şəklində bu əməli törədərlərsə, bu zaman onları 10 ildən 17 ilədək həbs cəzası gözləyir”.

Bəzən isə məlumatı yaymaqla hədələyən şəxs, qarşı tərəfdən müəyyən hərəkətlərin yerinə yetirilməsini tələb edirlər. İnformasiyanı ictimaiyyətə yaymaqla qorxudurlar.

“Mülki məcəllənin 23-cü maddəsində şərəf və ləyaqətlə bağlı müddəalar öz əksini tapır. Əgər şəxslər barəsində hər hansi şərəf və ləyaqəti alçaldan, ailə toxunulmazlığına toxunan məlumatlar öz əksini taparsa, onlar bununu məhkəmə yolu ilə təkzib etdirə bilərlər. Eyni zamanda, hansısa tam məlumatlar yarımçıq şəkildə kütləvi informasiya vasitələrində öz əksini tapdıqda və bu şəxsin şərəf və ləyaqətinə toxunursa və ya ailə toxunulmazlığını pozarsa, yenidən məhkəməyə müraciət edə bilərlər”.

Bundan başqa, təhdidə məruz qalan şəxs məcbur olub qarşı tərəfə müəyyən məbləğdə pul ödəyibsə, bu zaman məhkəmə yolu ilə dəymiş zərəri tələb edə bilərlər.

S.Əliyevin sözlərinə görə, bir şəxs digərinə qarşı hansısa məbləğdə pul veribsə və  onu almaq istəyirsə bu hal Cinayət Məcəlləsində 178-ci, yəni etibardan sui-istifadə etmə ilə aldatma maddəsi ilə tənzimlənir. Şəxs bu halda polis orqanına müraciət edib, onların məsuliyyətə cəlb edilməsi barədə tədbirlər görülməsini istəyə bilər. “Polis həmin şəxsi məsuliyyətə cəlb etdikdə belə, burada dəymiş zərər mövcuddur. Əgər məhkəmə prosesi dövründə mülki iddia formasında və yaxud da məhkəmədə ayrıca iddia qaldıraraq həmin şəxsdən verilmiş pul məbləğinin ödənilməsini tələb edə bilərlər”,-deyə hüquqşünas əlavə edib.

 Müxbir: Qaytən Qasımzadə 

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Aynur Camal

Motosikleti ilə vilayət-vilayət gəzərək Qəzzada baş verən qırğına diqqət çəkir – VİDEO

Aynur Camal

Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə xalqı təbrik etdi 

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu