17 C
Baku
18 Oktyabr 2024, 8:50
Baş xəbərMaraqlı faktlar

Həddindən artıq düşünmə sindromu nədir? Necə mübarizə aparmaq olar?

İnsanlarda bir çox problemə səbəb olan həddindən artıq düşünmə sindromu haqqında məlumat verən mütəxəssislər, bu vəziyyətin bir müddət sonra insanı narahat etdiyini, hətta yuxuya getmədə çətinlik çəkə biləcəyini deyirlər.

Onlar daim keçmişi və gələcəyi düşünənlərə  bəzi xəbərdarlıqlar ediblər:

“Bu heç də yaxşı hal deyil. Həddindən artıq düşünmənin əsas psixoloji vəziyyəti narahatlıq pozğunluğunun bir formasıdır. Gündəlik insan beyni orta hesabla 5000 fərqli düşüncələr istehsal edir. Onları idarə etməyə çalışmaq həddindən artıq düşünmə probleminə və hətta tək qalmağınıza səbəb ola bilər” – mütəxəssislər vurğulayıb.

Həddindən artıq düşündüyünüzü anladığınız zaman bunun qarşısını almaq üçün mütəxəssislər aşağıdakı qaydalara riayət etməyi məsləhət görüblər.

Birincisi sizi narahat edən mövzuya beyninizdə sadəcə gün ərzində yalnız 10 dəqiqə vaxt ayırın. Və yalnız o müddət ərzində o mövzunu düşünün. Beləliklə, beyniniz bu verilən fasilələrə alışacaq və dincələck.

İkincisi əgər sizdə sözügedən sindrom varsa, bunu dərk etməli və  uzunmüddətli yox, konkret düşünməyə çalışmalısınız.

Üçüncüsü isə fikirlərinizi yazmaq sizi narahat edən şeylərin zehninizdən çıxarmağınıza  kömək edəcək.

Əgər həddindən artıq düşünmək problemi ilə mübarizə aparırsanız, insanların köməyinə və dəstəyinə açıq olmağa da diqqət yetirməlisiniz. Düşüncə sıxlığınız sizi narahat edirsə və təkbaşına öhdəsindən gələ bilməyəcəyinizi hiss edirsinizsə, peşəkar kömək axtarmaqdan çəkinməyin.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Bir ailəni məhv edən dünyanın ən yaşlı timsahı göründü

Aynur Camal

TEM əlaqə yoluna ağac aşıb, nəqliyyat dayandı

İntizar Əmirova

7 milyon siqaret ələ keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu