6 C
Baku
29 Yanvar 2026, 2:45
Baş xəbərDünya

Həddindən artıq istilər səbəbindən 23 nəfər ölüb

Bugun.tv xəbər verir ki, Cənubi Koreyanı təsir edən isti dalğası nəticəsində ölənlərin sayı 23-ə yüksəlsə də, Seul hökumətinin həddindən artıq istilərlə bağlı etdiyi xəbərdarlıq ən yüksək səviyyədə “ciddi” olaraq davam edir. Ölkədə həddindən artıq istilər nəticəsində həyatını itirənlərin sayı 23-ə yüksəlib ki, bu da 2022-ci ildəki istilər nəticəsində ölənlərin sayından təxminən 3 dəfə çoxdur. Bu arada, Seul hökumətinin isti dalğası ilə bağlı ən yüksək xəbərdarlığı “ciddi” səviyyədə qalır. 2019-cu ildən bəri ilk dəfə ölkədə “ciddi” xəbərdarlıq edilib. İyulun 29-30-da Cənubi Koreyada havanın temperaturunun 35 dərəcəyə çatması, mövsümi normaları aşması səbəbindən 17 nəfər həyatını itirib, 73 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib. Cənubi Koreya Meteorologiya İdarəsi isti dalğasının təsirini davam etdirəcəyi barədə xəbərdarlıq etmişdi.

Müxbir: İntizar Əmirova

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Rusiyanın hava hücumları davam edir, dinc sakinlər həlak olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu