27 C
Baku
10 İyun 2025, 12:20
Dünya

Həddindən artıq istilər səbəbindən meymunlar ölür

Meksikada həddindən artıq istilər səbəbindən “ulayan meymun” ölümləri ölkənin bir çox ştatlarına yayılıb. Meksikanın Ətraf Mühit Nazirliyi Cənubi və Mərkəzi Amerika qitəsinə mənsub olan ulayan meymunların ölümü ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, ölkənin Çiapas və Tabasko əyalətlərində görülən ölüm halları Campeche və Veracruz əyalətlərində də müşahidə olunmağa başlayıb.

Testlər göstərib ki, meymunlar istidən ölüblər. Bildirilib ki, hazırda ölkədə hökm sürən quraqlıq və meymunların məskunlaşdığı rayonlarda su ehtiyatlarının olmaması da ölümlərdə rol oynayıb.

Səlahiyyətlilər bildiriblər ki, meymunlar üçün su verilməyə başlanmaqla yanaşı, səyyar baytarlıq müəssisəsi yaradılıb.

Hazırda ölənlərin sayı ilə bağlı heç bir açıqlama verilməsə də, keçən həftə 157 ulayan meymunun öldüyü bildirildi.

Ölkənin şimalındakı zooparkda bəzi heyvanların, o cümlədən tutuquşuların susuzluqdan tələf olduğu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanabənzər robotlar kosmosda çalışacaq

Aynur Camal

Beynəlxalq təşkilatlar Qəzzada “dərhal atəşkəs”ə çağırır

Aynur Camal

Marsda tapılan skelet görüntüsü alimləri şoka saldı- MÜƏMMA-FOTO

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu