19 C
Baku
22 Noyabr 2024, 15:46
Baş xəbər

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun əri istintaqa cəlb edildi – YENİLƏNİB

Xalidə Kəngərli

29.06.2022 11:21

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi cəmiyyətdə geniş müzakirə olunur.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisənin ehtimal edilən səbəbi müəyyən edilib.

Belə ki, 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərlinin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda özünü binadan ataraq həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.

Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.

Qeyd edək ki, son illərdə Azərbaycanda intihar hadisələri ilə bağlı Cinayət-Prosessual icraatda ciddi dəyişiklik baş verib. Belə ki, əvvəllər ölkədə baş vermiş bütün intihar hadisələri ilə bağlı cinayət işi açılırdısa, son vaxtlar yalnız həyatına son qoymuş şəxsin bu addımı atmasına hər hansı şəxs və ya şəxslər tərəfindən vadar edilməsinə əsaslı şübhələr müəyyən edildikdə cinayət işi açılır. Xalidə Kəngərlinin intiharı ilə bağlı da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, hazırda ibtidai istintaq prosesi davam etdirilir.


28.06.2022 21:30

Ginekoloq Xalidə Kəngərlinin ölümü ilə bağlı bəzi təfərrüatlafatlar üzə çıxıb – ŞAHİD DANIŞDI

Həkim yoldaşlarının Bizim.Media-ya verdiyi məlumata görə Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər.

Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:

“Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nəydi bilmirəm. Amma ətrafda hamısı deyir ki, yoldaşı ilə aralarında mübahisə etdiyi üçün intihar edib”.


28.06.2022 17:21

Bakıda həkim intihar etdi.

Hadisə dünən saat 18:00 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə ataraq intihar edib.

Bugün TV-nin Baş prokurorluqdan aldığı məlumata görə faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Mərhum iki uşaq anası idi.

Yasamal rayon Prokurorluğun da faktla bağlı araşdırma aparılır.


 


 

Bugün TV

Oxşar xəbərlər

Prezident fərman imzaladı

Bugün TV

Qəzzada ölənlərin sayı 40 minə çatıb

Aynur Camal

“MTN polkovniki” jurnalistləri təhqir etdi: “İtsiniz…”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu