17 C
Baku
10 İyun 2025, 5:23
Baş xəbərMədəniyyət

Həmid Herisçi: Biz deklamasiyanı unutmuşuq

Bugun.tv xəbər verir ki, Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı Həmid Herisçi “Aktual Gündəm”in qonağı olub.

O sosial şəbəkələrdə, bəzi televiziya verilişlərində gedən bayağı şeirlərə öz iradını bildirib: “Şair ardıcıl olaraq ədəbiyyata müasirliyi gətirməlidir. Müasir ictimai siyasi hadisələri, lirikanı, publisistikanın vəhdət şəklində bir araya gətirə bilməlidir. Şair bir şeirlə kifayətlənmir, ardıcıl olaraq, silsilə şəklində yazmalıdır”.

Yazıçı həmçinin şeiriyyata qarşı çıxanları tənqid edərək bildirib ki, bizim Azərbaycan poeziyamız hələ təqaüd dövrünə gəlib çatmayıb. Bu gün hələ də Azərbaycan da böyük poeziya var. Və düşünürəm ki,  yazarlarımız, şairlərimiz vəziyyətin kəskin olduğunu anlamalı, Azərbaycan ədəbiyyatının müəyyən böyük yükünü öz üzərilərinə götürməlidirlər. Şeirlər çap olunmalıdır, şeirlərə yol verilməlidir, naşirlərə qarşı siyasəti dəyişməlidirlər. Eyni zamanda, onu da vurğulamaq istəyirəm ki, nəyə görə poeziya dəbdən düşüb? Çünki, o çox vaxt yazılır, kağız üzərində qalır. Şairlər öz şeirlərini özləri deməlidirlər, müxtəlif meydanlarda, televiziya kanallarında və.s. Bu deklamasiyadır. Bu poeziyanın ana sütunudur. Biz bunu unutmuşuq. Günümüzdə şairlər ictimai-siyasi mövzuda yazmırlar. Bu da ədəbiyyatda böhrana səbəb olur.

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını oldu

Bugün TV

Prezident Sərəncam imzaladı

Aynur Camal

Yanğınların tüstüsü yayılmaqda davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu