Dünya

Həniyənin bacısı işğalçı rejimin hücumunda şəhid olub

İşğal rejiminin Əl-Şati Qaçqın Düşərgəsinə təşkil etdiyi hücumda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı da daxil olmaqla 10 nəfər şəhid olub.

İşğal rejiminə aid təyyarələr Şati Qaçqınlar Düşərgəsində Haniyə ailəsinə məxsus evə hava hücumu həyata keçirib. Hücum zamanı ev tamamilə dağılarkən, ən azı 10 ailə üzvü şəhid olub.

Qəzza şəhərindəki Muammedani xəstəxanasındakı mənbələr də şəhidlər arasında Haniyənin bacısı Zəhr Abdusselam Haniyenin olduğunu bildirib.

İşğal ordusu Qəzza şəhərinin qərbindəki Əş-Şati Qaçqınlar Düşərgəsinin sakinləri və onların yaxınları ilə Ramazan bayramını qeyd etməyə gedən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərinin çoxunun olduğu maşını vurub.  Hücum zamanı Haniyənin 3 oğlu və 4 nəvəsi şəhid olub.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Kral dərmanların yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirildi

Aynur Camal

Livanda dinc əhaliyə hücum davam edir: 12 şəhid, 118 yaralı

Aynur Camal

Dünyanın ən məşhur meyvəsi iqlim böhranı təhlükəsi altındadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu