27 C
Baku
10 İyun 2025, 20:02
Baş xəbərDünya

Hər 4 nəfərdən biri İranda yoxsulluqdan da aşağı səviyyədə yaşayır

Azad İran teleqram saytının verdiyi məlumata görə, İranda hər 4 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Bildirilib ki, 19 700 000 əhalinin yaşadığı ölkədə  200 bölgənin sakinləri yoxsulluqdan aşağı vəziyyətdə həyat tərzi sürür.

İran mediası xəbər verir ki, Bunu İran daxili işlər nazirinin müavini Əli Məhəmmədi bildirib.

Onun sözlərinə görə, həmin sakinlərin vəziyyətini mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida və geyim, idman və başqa sahələrdə əsas tədbirlərin görülməsi zəruridir.

Qeyd edək ki, bir müddət öncə İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi bildirmişdi ki, ötən il ölkə əhalisinin təxminən 30 faizi, yəni 25 560 000 nəfər yoxsulluq həddində olub. Bununla belə, “Tasnim” xəbər ajansı bu statistikanı tənqid edərək bildirib ki, 2022-ci ildə yoxsulluq həddi açıqlanmasa da, ötən illə müqayisədə 2021-ci ildə  xeyli yüksəlib.

Rəsmi statistikaya görə, 2019-ci ildə İranda adambaşına düşən gəlir 2010-cu illə müqayisədə 34 faizədək azalıb.

Xatırladaq ki, 2021-ci ilin məlumatına əsasən, İran əhalisinin sayı 87.920.000 nəfər olub.

Aynur Camal

Oxşar xəbərlər

Humanitar yardım daşıyan 40 avtomobil Rəfah keçid məntəqəsindən Qəzzaya göndərildi

Teymur Əziz

İş yerində yanğın baş verdi

Teymur Əziz

Tramp açıq şəkildə İranı hədələyib: Sizin ölkəniz məhv olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu