10 C
Baku
12 Dekabr 2024, 20:03
Baş xəbərDünya

Hər 90 saniyədən bir titrəyirdi! 9 gün davam edən müəmmalı zəlzələnin sirri açılıb

Ötən ilin sentyabrında bütün dünyada sensorlar tərəfindən qeydə alınan və 9 gün davam edən seysmik siqnalın sirri açılıb. Qrenlandiyada dağ zirvəsinin dənizə uçması nəticəsində yaranan “meqa sunami” alimləri heyrətə gətirib.

Qrenlandiyada dağın zirvəsi dənizə çökən zaman “meqa sunami” baş verib. Alimləri heyrətə salan təbiət hadisəsi 9 gün ərzində Yer kürəsini silkələyib. Ötən ilin sentyabrında bütün dünyada seysmik sensorlar tərəfindən qeydə alınan bu sirli siqnalların mənbəyini uzun müddət müəyyən etmək mümkün olmayıb.

Araşdırmalar nəticəsində aşkar edilən siqnalların izləri onların Qrenlandiyanın şərqində yerləşən Dickson Fjordunda nəhəng sürüşməyə işarə etdiyini ortaya çıxarıb. Dağın zirvəsindəki buzlaqın əriməsi yamacın ağırlığının artıq daşınmamasına və zirvənin uçmasına səbəb olub. Bu böyük kütlənin yerdəyişməsi ilə 200 metr hündürlüyündə dalğa əmələ gəlib.

Dar fyordda sıxışmış bu nəhəng 200 metrlik dalğa irəli-geri gelgit hərəkəti nəticəsində 9 gün davam edən müəmmalı sarsıntılara səbəb olub. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Qrenlandiyada buzlaqların əriməsi oxşar sürüşmələrin tez-tez baş verməsinə səbəb olub.

Beynəlxalq alimlər qrupu və Danimarka Hərbi Dəniz Qüvvələri 9 günlük seysmik sirri həll etmək üçün əməkdaşlıq ediblər. Bu hadisənin təfərrüatları Science jurnalında dərc olunub. London Universitet Akademiyasından Dr. Stiven Hiks əvvəlcə seysmik siqnalların zəlzələyə bənzəmədiyini və buna görə də onu “naməlum seysmik obyekt” adlandırdığını bildirdi.

Alimlər internetdə bu sirli siqnalı müzakirə etməyə başladılar. Hər 90 saniyədə qeydə alınan bu siqnallar sonda Qrenlandiyada baş verən sürüşmə və sunami ilə əlaqələndirildi. Peyk görüntüləri və hadisədən əvvəl çəkilmiş fotoşəkillər dağların çökməsi ilə bağlı ipuçlarını ortaya qoydu.

25 milyon kubmetrlik qaya kütləsinin suya dəyməsi nəticəsində 200 metr hündürlüyündə “meqa sunami”nin baş verdiyi hesablanıb. Bu nəhəng dalğa dar fyorda ilişib qalıb və enerjisini buraxa bilməyib və 9 gün ərzində fyordda gelgit şəklində hərəkət edib.

Alimlər bu hadisənin temperaturun artması səbəbindən Qrenlandiyada buzlaqların əriməsi nəticəsində baş verdiyini düşünürlər. Bu bölgələr qütb dairəsində turistlərin tez-tez ziyarət etdikləri yerlər sırasındadır. Xoşbəxtlikdən hadisə zamanı ərazidə heç bir kruiz gəmisi olmayıb.

Danimarka və Qrenlandiya Milli Geoloji Tədqiqat Xidmətindən Dr. Kristian Svenneviq qeyd edib ki, oxşar hadisələr Arktika regionunda getdikcə daha tez-tez baş verir. Dr. Hiks, bu hadisənin iqlim dəyişikliyinin yer üzünə necə təsir etdiyini göstərən ilk nümunələrdən biri ola biləcəyini ifadə etdi.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) “Afrikada 2023 İqlim Vəziyyəti” adlı hesabatına görə, Afrikanın iqlim dəyişikliyi ilə bağlı getdikcə daha ağır şərtlərlə mübarizə apardığı və iqlim dəyişikliyinə uyğunlaşma üçün əsas təcrübələrlə bağlı qeyri-mütənasib yüksək xərclərlə üzləşdiyi vurğulanıb.

Hesabatda Afrika ölkələrinin ümumi daxili məhsulunda (ÜDM) orta hesabla 2,5 faiz itki yaşadığı və bir çox ölkənin ekstremal iqlim hadisələrinə cavab olaraq büdcələrinin təxminən 9 faizini istifadə etdiyi qeyd edilib.

Hesabatda deyilir ki, “Saxara-altı Afrikada iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin yaxın 10 ildə hər il 30-50 milyard dollar və ya bölgənin ÜDM-nin 2-3 faizi arasında olacağı təxmin edilir. Əgər adekvat tədbirlər görülməzsə 2030-cu ilə qədər Afrikada 118 milyona qədər ekstremal ölüm olacaq”.

Proqnozlara görə, yoxsul insanların (gündə 1,90 dollardan az pulla yaşayan) quraqlığa, daşqınlara və həddindən artıq istilərə məruz qalacağı gözlənilir” qiymətləndirmə aparılıb.

Həmçinin bildirildi ki, Afrika ölkələri milli meteorologiya və hidroloji xidmətlərə daha çox sərmayə qoymağa üstünlük verməli və insanların həyatını və dolanışıq vasitələrini xilas etmək üçün iqlim dəyişikliyinə qarşı “erkən xəbərdarlıq təşəbbüsünün” həyata keçirilməsini sürətləndirməlidir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Danimarkanın Kraliçası II Marqrete yanvarın 14-də hakimiyyətdən gedəcəyini açıqladı

Kəmalə Sultan

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələri mühüm körpübaşının itiriləcəyini proqnozlaşdırdı

Aynur Camal

İsrail səfiri ABŞ-ın Xarici İşlər Nazirliyinə çağırıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu