10 C
Baku
3 Dekabr 2024, 21:29
DigərSosial

Hər gün qəhvə içənlərə şad xəbər.

Sən demə bu içki qaraciyər sirrozu riskini azaldırmış. Lakin bu kafeinsiz, kremli, şəkər və südlü qəhvə demək deyil. Bu, daha kapuçino və ya lattelərdən imtina da deyil.

Bugun.tv xəbər verir ki, bu haqda məlumatı həkim Aleksandr Qalbarin Wday.ru saytına müsahibəsində verib bu içki nəinki faydalıdır, hətta bəzi hallarda müalicəvi effekt də verə bilər.

Qaraciyər fermentlərinə təsiri
Qaraciyərin zədələnməsi ilə çox sayda xüsusi ferment insan qanına daxil olur: – bunlar aspartat aminotransferaza (AST) və alanin aminotransferazadır (ALT). Əgər qanda bu fermentlərin səviyyəsi aşağıdırsa, deməli, qaraciyərin zədələnməsi yoxdur. Bu fermentlər həm də toksinlərin parçalanması, öd əmələ gəlməsi prosesində iştirak edir və həmçinin infeksiyalarla mübarizə aparmağa kömək edir.
Araşdırmalara görə, ALT və AST səviyyələrinin aşağı olması gündəlik qəhvə istehlakından aslı ola bilər. Bu məlumatlar qəhvənin tərkibində sirozdan qoruyan bir maddənin olması fərziyyəsini dəstəkləyir.

Qaraciyər xərçəngi
Meta-analizə görə, məlum olub ki, qəhvə qaraciyər xərçənginin inkişaf riskini potensial olaraq azalda bilər, o cümlədən bəzi hallarda bu içkini içmək qaraciyər xəstəliyinin inkişafını ləngidə bilər. Mütəxəsislərin fikrincə səhərlər bir fincan şəkərsiz , südsüz , kremsiz qəhvə içmək bu riski azaltmağa faydalı ola bilər.
Qəhvəyə qarşı çoxlu ittihamlar var, lakin onların heç də hamısı əsaslandırılmayıb. Məsələn, tez-tez belə deyilir ki, məhz qəhvənin həddindən artıq istehlakı ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Aparılan tədqiqatlara görə, qəhvə istehlakı ilə uzunmüddətli ürək xəstəliyinin inkişaf riski arasında heç bir əlaqə yoxdur. Əslində orta dərəcədə istehlak (gündə 3-5 fincan qəhvə) ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Qəhvə ürək-damar xəstəliklərinin inkişafından qoruyur, bir şərtlə ki, istehlak həddindən artıq olmasın.

 

Bugün TV

Oxşar xəbərlər

Qida allergiyasına səbəb nədir? – HƏKİM AÇIQLAMASI

Kəmalə Sultan

Avtobus yandı

Bugün TV

BAMF nazir müavini ilə tələbələrin səmimi görüşünü təşkil etdi

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu