19 C
Baku
8 Sentyabr 2024, 3:21
Baş xəbərDünya

“Hər hansı bir hərəkət heç olmamasından daha yaxşıdır”

idman

Bugun.tv xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti tərəfindən  aparılan yeni araşdırmaya görə, aktiv olmaq qrip və pnevmoniyadan ölüm riskinin qarşısını almağa kömək edə bilər.

Tədqiqat göstərib ki, həftədə 10-149 dəqiqə aerob fiziki fəaliyyətlə məşğul olmaq qrip və pnevmoniyadan ölüm riskini 21% azaldır.

“Yaşından və ya qəbul edilən fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, hər kəs üçün əsas tövsiyəmiz – daha çox hərəkət etmək və daha az oturmaqdır. Hər hansı bir hərəkət heç olmamasından daha yaxşıdır” – məlumatda deyilib.

Tədqiqatçılar bildirirlər ki, sağlam olmaq üçün bədəni gücə salmaq, ağırlıq qaldırmaq, çömbəlmək, ağciyər çəkmək, hətta ağır bağçılıq kimi məşqlər əzələləri gücləndirən fəaliyyətlər, müntəzəm olaraq idman zalına getmək lazım deyil. Bunların əks göstəricləri ola bilər. Məsələn bədəni yükləmək imunitet sistemini zəiflədir və orqanzim daha tez viruslara yoluxur.

Biz gündəlik sürətli gəzinti, üzgüçülük, velosiped sürmə, yüngül qaçış və ya pilləkənlərə qalxma da daxil olmaqla ürək döyüntümüzü normaya salıb və digər xəstəliklərdən xilas ola bilərik.

“Hər gün on dəqiqəlik məşq etmək düşündüymüzdən çox asandır. Sosial mediada ilə gün boyu məşğul olanda və ya sevimli televiziya şousuna baxanda on dəqiqənin nə qədər sürətlə keçdiyini düşünün. Bu, böyük bir zaman sərmayəsi deyil, lakin böyük sağlamlıq faydaları verə bilər” – fitness köməkçisi və peşəkar idmançılar üçün məşqçi Dana Santas öz məqaləsində yazıb.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Zombi maralları ABŞ-ı ələ keçirdi

Bugün TV

Mars helikopteri son mesajını göndərdi – Daha uça bilməyəcək

Teymur Əziz

Yol qəzalarında 8 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu