23 C
Baku
9 İyun 2025, 23:28
Baş xəbərDünya

Hər kəs rəsmlərini almaq üçün növbəyə düzülüb!

‘Balaca Pikasso’ tablosunu heyrətamiz bir qiymətə satdı

Almaniyanın Bavariya əyalətində yaşayan bir ailənin 3 yaşlı oğlu rəsmləri ilə hər kəsi sıraya düzdü. Onun əsərlərini almaq istəyənlər artıq 20 min nəfərlik növbə yaradıblar.

Almaniyanın Bavariya əyalətində yaşayan “Kiçik Pikasso” ləqəbli 3 yaşlı Laurent Schwarz-ın çəkdiyi ilk rəsm üçün 290 min avro (10 milyon 978 min TL) təklif edilib. İndiyədək 30-a yaxın rəngli əsəri kolleksiyaçılara satılan balaca rəssamın anası Lisa Şvars uzun bir gözləmə siyahısının olduğunu və Laurentin rəsmlərini almaq üçün 20 min insanın növbəyə durduğunu bildirib.

Amerikalı kolleksiyaçı balaca Loranın ilk əsəri olan “The Fingers” üçün 290 min avro təklif edib. Liza bəzi pərəstişkarlarının Laurentin evinə gəldiyini və onu ziyarət etmək istədiklərini və fan məktubları göndərdiyini bildirib.

Anası Liza açıqlamasında “Oğlumuzun rəssamlıq istedadını keçən il İtaliyada tətildə olarkən kəşf etdik. O, evdə rəsm otağından çıxmırdı və səhər oyanan kimi boya və fırçalar istəyirdi. Biz hətta onun üçün evdə emalatxana da qurmuşduq. İndiyə qədər satılan rəsmlərinin hər biri 7-8 mindir. Oğlumuz üçün 18 yaşına qədər əmanət hesabı açdıq. Oğlumun ilk işini İnstaqramda paylaşanda bir sənət idi”. Həmçinin Nyu-Yorkdan olan tənqidçi onun inanılmaz istedada malik olduğunu söyləyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Bu dövlət “Telegram”dan istifadəni dayandırdı

Kəmalə Sultan

Şimali Koreya ballistik raket atdı, Yaponiya buna reaksiya verdi

Aynur Camal

“ABŞ “çirkli əllərini” Türkiyədən çəkməlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu