Bugun.tv xəbər verir ki, Kanadada Ottava çayı yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə olan 4 ordu mənsubundan 2-nin itkin düşüb.
Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada qəzaya uğrayan hərbi helikopterdə Kanada Kral Hərbi Hava Qüvvələrindən 4 nəfərin təlim məqsədi ilə olduğu bildirilib.
İtkin düşənlərin axtarış-xilasetmə işləri 50 nəfərin köməkliyi ilə davam etdirilir.
Kanadanın baş naziri Castin Trüdo sosial media hesabından verdiyi açıqlamada onların tez bir zamanda tapılmasını, yaralıların isə tez sağalmasını arzulayıb.
Mənbə: TRT Haber
