5 C
Baku
12 Fevral 2026, 23:22
Dünya

Hərbi gəmilər toqquşdu: 2 nəfər yaralandı

ABŞ hərbi gəmiləri, Karib dənizi, USS Truxtun, USNS Supply, ABŞ donanması, gəmi toqquşması, dənizdə qəza, ABŞ Cənub Komandanlığı, Emmanuel Ortiz, hərbi dəniz qəzası, ikmal zamanı toqquşma, ABŞ döyüş gəmisi, Norfolk limanı, ABŞ esminesi, Karibdə hərbi hadisə, dəniz araşdırma

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi ilə təminat gəmisi Karib dənizində toqquşub. Hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Bugun.tv xəbər verir ki, ABŞ Cənub Komandanlığının sözçüsü polkovnik Emmanuel Ortizin açıqlamasına görə, Arleigh Burke sinifli USS Truxtun esminesi və Supply sinifli USNS Supply sürətli döyüş dəstək gəmisi dənizdə yanacaq və təchizat doldurulması zamanı qəza ilə üzləşib.

Məlumata əsasən, yaralanan şəxslərin vəziyyəti stabildir. Rəsmi şəxslər hər iki gəminin təhlükəsiz şəkildə fəaliyyətini davam etdirə biləcəyini qeyd ediblər.

Toqquşmanın səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma başladılıb. Qəzanın dəqiq hansı ərazidə baş verdiyi barədə də məlumat verilməyib.

Qeyd edək ki, USS Truxtun gəmisi planlaşdırılmış yerləşdirməyə başlamaq üçün 6 fevral tarixində Norfolk limanından yola çıxıb. USNS Supply gəmisi isə hazırda Karib dənizində fəaliyyət göstərirdi.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Macron: Avropa İttifaqı texnologiya və innovasiyaya birgə borc ilə investisiya etməlidir

Aynur Camal

BMT iqlim başçısı: təhlükəsizlik strategiyaları iqlimə diqqət yetirməlidir

Aynur Camal

ABŞ Çinlə gərginliyi azaldır: texnologiya qadağalarında yumşalma

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu