28 C
Baku
1 İyun 2025, 18:46
Dünya

Hərbi gücə ehtiyacı olmayan 10 ölkə

Dünyada elə ölkələr var ki, onların ümumiyyətlə ordusu yoxdur!

Hərbi gücə ehtiyac duymadan təhlükəsizliyini təmin edən bu ölkələr öz təhlükəsizliyini hərbi güclə deyil, diplomatiya, müttəfiqlik və güclü beynəlxalq əlaqələrlə qoruyur. Ordusu olmayan və fərqli təhlükəsizlik strategiyaları ilə seçilən 10 ölkəni sizin üçün topladıq.

BU ÖLKƏLƏR ÖZ TƏHLÜKƏSİZLİYİNİ NECƏ TƏMİN EDİR?

Bu ölkələrdə hərbi güc güclü ittifaqlar və razılaşmalarla əvəz olunur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bu ölkələr regional sülhü dəstəkləyir və hərbi müdaxiləyə əl atmadan öz təhlükəsizliyinə zəmanət verirlər. Ordusu olmayan ölkələr siyahısında olan ölkələr öz təhlükəsizliyini sülhsevər xarici siyasət, beynəlxalq ittifaqlar və diplomatiya yolu ilə təmin edirlər. Bu yolla müdafiə üçün ayırmaları lazım olan büdcələri təhsil, səhiyyə və infrastruktur kimi rifahı yüksəldən sahələrə yönəldə bilərlər. Onlar hərbi xərclərdən qənaət etdikləri resurslardan daha səmərəli istifadə etməklə öz inkişaf məqsədlərinə çatmağı hədəfləyirlər.

Ordusu olmayan 10 ölkəni təqdim edirik:

 10- İSLANDİYA

Heç bir hərbi gücü olmayan İslandiyanın müdafiəsini NATO (xüsusən ABŞ, Norveç və Danimarka) təmin edir.

9- ANDORRA

Andorranın təhlükəsizliyi Fransa və İspaniyanın üzərinə düşür.

8- QRENLANDİYA

Qrenlandiyanın ordusu 1983-cü ildə ləğv edildi. Bu səbəbdən Karib Regional Təhlükəsizlik Sistemi (RSS) heç bir hərbi gücü və təhlükəsizliyi olmayan ölkənin müdafiəsini təmin edir.

7- KOSTA RİKA

Kosta Rika 1948-ci ildə öz vətəndaşları üçün hərbi xidməti ləğv etdi. Ölkənin təhlükəsizliyini ABŞ və Kolumbiya tərəfindən təlim keçmiş polis bölmələri təmin edir.

6- PANAMA

Panama ordusu 1990-cı ildə buraxılsa da, 1994-cü ildə tamamilə dağılıb. Paramiliter qüvvələr məhdud idi.

5- SAMOA

Yeni Zelandiya Samoanın və ya rəsmi olaraq Sakit Okeanın cənubunda Polineziyada yerləşən bir qrup adadan ibarət Müstəqil Samoa Dövlətinin müdafiəsinə cavabdehdir.

4-PUERTO RIKO

ABŞ-dan asılı ölkə olan, lakin daxili işlərində müstəqil olan Puerto Rikonun müdafiəsi ABŞ tərəfindən təmin edilir.

3- HONG KONG

Honq-Konqun müdafiəsi Çinin üzərinə düşür.

2- MONAKO

Müstəqil Avropa şəhər-dövləti olan Monakonun müdafiəsi Fransanın üzərinə düşür.

1- SAN MARINO

Avropanın mikro dövləti olan San-Marinonun müdafiəsi İtaliyanın üzərinə düşür.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

 İran avtobusu Ermənistanda qəzaya düşdü 

Aynur Camal

TikTok ABŞ-a meydan oxudu

Aynur Camal

Seçki həyəcanı başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu