24 C
Baku
5 Sentyabr 2025, 7:20
Baş xəbərİdman

Hərbi-idman oyununu finalda təmsil edəcək komanda məlum oldu

Bugun.tv xəbər verir ki, “Şahin” hərbi-idman oyununun respublika finalında Naxçıvanı təmsil edəcək komanda məlum olub.

Layihənin əsasnaməsinə əsasən, iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticəyə əsasən, ən yüksək göstərici “Naxçıvan” şəhər komandasına məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi respublika üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb.

Mənbə: facebook

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

Aynur Camal

Klassik avtomobillərin yürüşünə qeydiyyat başladı

Aynur Camal

İslam Əməkdaşlıq Təşkilatı İsrailin qanun pozuntularını müzakirə edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu