28 C
Baku
10 Sentyabr 2025, 15:44
Baş xəbər

Hərbi təhsillə bağlı fərmanda dəyişikliklər edildi

Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişiklik etdi.

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1642 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 4-cü hissələrə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin;

1.2. 5.2-ci bənd üzrə:

1.2.1. birinci abzasa “hallarda” sözündən sonra “ayrılıqda” sözü əlavə edilsin;

1.2.2. 5.2.1-ci yarımbəndə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin;

1.2.3. 5.2.2-ci yarımbənddə “ali təhsil müəssisəsinə qəbul olduqda” sözləri “müvafiq vəsaitin 50 faizi ali təhsil müəssisəsinə və ya hərbi kollecə qəbul olduqda, qalan 50 faizi isə bu Fərmanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda” sözləri ilə əvəz edilsin”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2024-cü il

Mənbə:  Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Prezident Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətininin hərbi qulluqçularını təltif etdi

Bugün TV

Meşəlik ərazilərə giriş qadağan edildi

Bugün TV

QHT tərəfindən həssas qruplara adi uşaqlara xalçaçılıq kursları keçirilir – FOTOLAR

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu