14 C
Baku
21 Noyabr 2024, 18:18
Baş xəbərSosial

Hərbi xidmətdən qayıdanlar iş yerlərinə dərhal bərpa olunurlar

Hərbi xidmətdən qayıdanlar iş yerlərinə dərhal bərpa olunurlar

Bir sıra hallarda müddətli hərbi xidmətə yollanan şəxslər sonra əvvəlki iş yerlərinə bərpa oluna bilmirlər. Bu daha çox özəl müəssisələrdə baş verir və problem məhkəmə müstəvisinə qədər gedib çıxır. Buna görə də, həqiqi hərbi xidmətə yollanmazdan öncə bunları bilmək lazımdır.
Bugun.tv-nin araşdırmasına görə, həqiqi hərbi xidmətə çağırılan işçilərin iradə və istəyindən asılı olmayan hallara görə əmək müqaviləsinə xitam verilir. Qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla, işçinin hərbi xidmət müddətində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Əmək müqaviləsinin 68-ci maddəsinə əsasən, işçi öncədən həqiqi hərbi xidmətə çağırıldığını sübut edən sənədi işəgötürənə təqdim etməlidir.
Hüquqşünas Seymur Hacıyevin sözlərinə görə, işçinin həqiqi hərbi xidmətdə olduğu müddət onun sosial stajına da hesablanır. “Həmin şəxslər hərbi xidmətdən buraxıldığı vaxtdan ən geci 60 təqvim günü müddətində müəssisəyə yenidən işə bərpa ilə bağlı ərizə ilə müraciət etmək hüquqları var. Hətta, həmin şəxslərin yerində başqa şəxslə əmək müqaviləsi bağlasalar belə, onların öz iş yerlərinə qayıtmaq hüquqları var. Əgər şəxslərin ərizələrini işəgötürən təmin etmirsə, bu zaman həmin şəxs məhkəmyə müraciət edə bilər”.
İşçi yalnız həqiqi hərbi xidmətə getdiyinə görə öz istəyi ilə işdən azad olunmağı üçün ərizə ilə müraciət edərsə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Digər hallarda, onun işdən azad edilməsi yolverilməzdir.
“İşə bərpa olunmaq üçün ərizə vermiş şəxs işə götürən tərəfindən ərizəsi təmin olunmadıqda, öz hüquqlarının pozulduğunu aşkar etdiyi vaxtdan bir ay müddətində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, həmin şəxs ilkin mediasiya sessiyasından keçməlidir. Bundan başqa, işçi ilə işəgötürən arasında  müqavilə olmalıdır. Onlar bu müqavilə əsasında özlərini müdafiə edə bilərlər. Əks halda, işçi öz hüquqlarını bərpa edə bilməyəcək”,- S.Hacıyev əlavə edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Hansı hallarda nənə və ya baba aliment ödəyə bilər?

Nigar Məmmədova

Sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir

Bugün TV

Ombudsman dünya ictimaiyyətini terrorizmlə mübarizədə fəal olmağa çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu