27 C
Baku
28 İyun 2025, 9:55
Baş xəbərMədəniyyət

H.Əliyev sarayında xeyriyyə konserti keçiriləcək

Mədəniyyət Nazirliyindən Bugun.tv-yə verilən məlumata əsasən fevralın 4-də Heydər Əliyev Sarayında Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək.

Mədəniyyət Nazirliyinin təşkil etdiyi və 1-8 fevral tarixlərini əhatə edən IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək.

İncəsənətin müxtəlif sahələrindən olan gənclərin iştirak edəcəyi konsertdə tamaşaçılar Azərbaycanın xalq və klassik musiqisinin müxtəlif janrlarını, fərqli balet səhnələrini, milli və müasir rəqsləri, eləcə də caz, rok, estrada janrında musiqi nömrələrini izləyə biləcəklər.

Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də gənclərin sevilən rok qrupu “Aynabənd” və Nicat Aslanovun caz kvarteti çıxış edəcək. Bununla yanaşı, konsertdə gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, Vaqif Nağıyev, Emin İsmayılov, xanəndələr Yusif  Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli və Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, İsmayıl Zülfüqarov, Fərid Atazadə, Fərrux Haşımlı və Rüstəm Zeynalovun iştirakı nəzərdə tutulub.

Mənbə: culture.gov.az

Aynur Camal

Oxşar xəbərlər

Nəhayət ki, Paşinyan Ermənistanın Rusiyanı bezdirdiyini etiraf etdi

Nigar Məmmədova

İnterneti kəsilən robot taksilər tıxaclara səbəb oldu

Bugün TV

Fırtınada sahilə sürüklənən quru yük gəmisi tərsanənin estakadasına çırpıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu