33 C
Baku
20 İyul 2025, 19:57
DünyaSiyasət

H.Matsuno: “Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə dair mövqeyi  dəyişməyib”

Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə dair mövqeyi  baş nazir Fumio Kişidanın Kiyevə son səfərindən sonra dəyişməz olaraq qalır.

Bugun.tv xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

“Mən Baş nazir Kişidanın Ukraynaya səfərinin Rusiyanın Yaponiya ilə bağlı gələcək siyasətinə necə təsir edəcəyi haqda fikir bildirməyəcəm. Lakin ölkəmizin siyasəti dəyişməz olaraq qalır. Biz milli maraqlarımızı nəzərə alaraq, buna uyğun hərəkət etməyə davam edəcəyik”, – Matsuno vurğulayıb.

O, bildirib ki, balıqçılıq məsələləri və Rusiya ilə vizasız mübadilələrin bərpası Tokionun prioritetləri arasında qalır. Onun sözlərinə görə, Yaponiya bu məsələlərlə bağlı səfirliklər səviyyəsində məsləhətləşmələri davam etdirəcək.

Qeyd edək ki, Kişida dünən Kiyevə elan olunmamış səfər edib. Bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Yaponiya liderinin ilk səfəri idi. O, Yeddilik Qrupundan (G7) bunu edən sonuncu liderdir.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Arzu Nağıyev İTV-yə müsahibə verib

Aynur Camal

“Siz fələstinlilərin qanını qurban verirsiniz”

Teymur Əziz

Daşqın nəticəsində ölənlərin sayı 394 nəfərə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu