30 C
Baku
28 İyun 2025, 15:24
Digər

“Hacı Şahin İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirmişdi”-Jalə Əhmədova YAZIR

Tanınmış din xadimi, ilahiyyatçı-alim, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənlinin ölüm xəbərindən çox sarsıldım. 48 yaş və acımasız ölüm… Çox təəssüf ki, bu ölüm daha bir yaxşı insanı, işıqlı bir şəxsi aramızdan apardı…

Hacı Şahin, böyük hörmət bəslədiyim şəxslərdən biri idi. İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirən, həyata pozitivliyi ilə seçilən Hacı Şahin, böyükdən kiçiyə hər kəsin hörmətlə yanaşdığı, sevdiyi mükəmməl bir insan, vətənpərvər, vicdanlı, nurlu, imanlı və bütün bunlarla yanaşı savadlı alim, gözəl dost idi. Zəngin mənəviyyatı, xeyirxahlığı ilə seçilən Hacı Şahin haqqında keçmiş zamanda danışmaq nə qədər çətindir.

Hacı Şahinin ailəsinə, doğmalarına və onu sevənlərə dərin hüznlə başsağlığı verir, Hacı Şahinə Allahdan rəhmət diləyirəm. Yeri behişt olsun inşallah!

Nigar Məmmədova

Oxşar xəbərlər

Hərəkətdə olan avtobus yandı

Nigar Məmmədova

Virusa 11 nəfər yoluxub, ölən olmayıb

Sevinc Sadıqova

  N.Bennet: İran  qadağan olunmuş nüvə fəaliyyətləri barədə yalan danışıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu