29 C
Baku
28 İyun 2025, 18:09
Baş xəbərSiyasət

“Hacı Şahinin ölümü ilə Fazil Mustafaya sui-qəsd eyni zəncirin halqalarıdır”

“Milli Məclis deputat Fazil Mustafaya silahlı hücumun məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-də Hacı Şahinin naməlum şəraitdə ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda atışma və martın 28-də deputatın həyatına sui-qəsd eyni zəncirin halqalarıdır. Terrorun silahı nə olursa olsun, onun məqsədi dövlət siyasətinə təsir göstərmək, xalq üzərində hakimiyyət əldə etmək, qorxu və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaqdır”- bunu MM-in iclasında İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, Fazil Mustafaya qarşı törədilən terror aktı Azərbaycanın həyata keçirdiyi sülhməramlı siyasətə etimadı sarsıtmaq məqsədi daşıyır.

“Ramazan ayında Fazil Mustafaya qarşı törədilmiş terror aktı onun müştərilərinin İslama və dindarlara münasibətindən xəbər verir. Əslində terrorçuların dini, milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və şəxslər deyil, həm də müqəddəs kitablardır. Bu terrorçuların Danimarka və Hollandiyada Quranı yandıranlardan heç bir fərqi yoxdur”- deyə deputat bildirib.

Zahid Oruc bildirib ki, Ramazan ayında oruc tutan dindarlara qarşı terror aktı törədənlər Zori Balayan və Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-lə eyni səngərdədir.

“Yəqin ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasına Hizbullahın reaksiyasını izləmisiniz. Ölkəmizi radikal cihadçılara və dini bayraqlar altında fəaliyyət göstərən milislərə qarşı qoymaq üçün Qərblə region dövlətləri arasında unikal ittifaq mövcuddur. Sualın cavabı Yenidən terror ola bilər ki, Azərbaycan heç bir dövlətlə süni gərginlik axtarışında deyil və üçüncü qüvvələrin forpostuna çevrilmək niyyətində deyil”.

Zahid Oruc əlavə edib ki, ölkəmizdə İranın casus şəbəkəsinin ifşası davam edir.

Mənbə: oxu.az

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış blogger ağır yol-nəqliyyat qəzası törətdi

Kəmalə Sultan

Park Cinema-da “Qara Pantera” həyəcanı

Aynur Camal

Qarsda tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu