21 C
Baku
15 Mart 2025, 15:56
Baş xəbərDünya

Haitidə silahlı dəstələrin hücumu nəticəsində 50 nəfər həyatını itirib

Haitinin paytaxt Port-au-Prins şəhərində silahlı dəstələrin həyata keçirdiyi hücumda ilkin hesablamalara görə 50 nəfər həyatını itirib. Haitidə yerli KİV-in məlumatına görə, silahlı dəstələr Port-o-Prensdən 10 kilometr aralıda yerləşən Kenskoff şəhərinə hücum ediblər.

İlkin hesablamalara görə, hücumlarda 50 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Təhlükəsizlik qüvvələrinin yetərsizliyi səbəbindən qəsəbəyə əlavə polis qüvvələri göndərilib.

Haitidəki müstəqil qeyri-hökumət təşkilatının açıqlamasına görə, hücumlarda 100 ev yandırılıb. Dəstələr bölgəyə nəzarəti ələ keçirmək üçün “böyük” hücum həyata keçiriblər.

Bu arada Haiti polisinin sözçüsü Mişel-Ange Lui yerli mətbuata açıqlamasında 20 silahlı dəstə üzvünü öldürdüklərini və təhlükəsizliyin təmin edilməsi üçün lazım olan hər şeyin edildiyini bildirib.

İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.

Silahlı dəstələrin paytaxtın 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq artmaqdadır.

Ölkədəki zorakılıqlara görə 2024-cü ilin aprelində keçmiş baş nazir Ariel Henri istefa verdi və yaradılmış Müvəqqəti Şura Qarri Konili baş nazir təyin etdi.

Şura 11 noyabr 2024-cü ildə vəzifəsindən azad etdiyi Konilin yerinə iş adamı Alix Didier Fils-Aime-ni baş nazir təyin etdi.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Ağaclardan düşənlər insanları heyrətə saldı

Aynur Camal

“Dubay şokoladı”na qadağa qərarı!

Aynur Camal

Mən hər Azərbaycana gəldiyimdə onu daha da gözəlləşmış görürəm(FOTO+VİDEO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu