24 C
Baku
8 Sentyabr 2025, 8:24
Digər

Hakerlər İran Milli Tanker və Gəmiçilik şirkətlərinin sistemlərini qırdılar

Bugun.tv “Sky News Arabiya”ya istinadla xəbər verir ki, “Leyb Dohtacan” hakerlər qrupu İranın Milli Tanker Şirkəti və İran Gəmiçilik Şirkətinin sistemlərini qırıb, bu da 39 neft tankeri və 25 yük gəmisinin işini pozub. “Altmışdan çox İran neft tankerinin və yük gəmisinin sistemləri sıradan çıxarılıb, bu da bu gəmilər, onların limanları və xarici dünya arasında əlaqənin kəsilməsinə səbəb olub. Bu, İranın dəniz sektorunu hədəfə alan ən böyük kiberhücumlardan biri olub”, – deyə hakerlərin açıqlamasında deyilir. Qruplaşma əlavə edib ki, sistemin qırılması telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən İranın “Fanava” holdinqinin şəbəkəsinə nüfuz etməklə həyata keçirilib. Bu holdinq peyk rabitəsi, məlumatların saxlanılması və ödəniş sistemlərini təqdim edir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Bu il Türkiyənin yaşıllıq ərazilərində 5 mindən çox yanğın baş verib

İntizar Əmirova

Günəş elektrik stansiyası açıldı

Bugün TV

II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu