17 C
Baku
10 İyun 2025, 9:06
Digər

Halo və horn effekti nədir?

İstər adi, istərsə də xüsusi günlərdə görününşümüzə əhəmiyyət veririk. Bu bizim cəmiyyət tərəfindən qiymətlənləndirilməyimizdə mühüm rol oynayır. Amma nə dərəcədə?

Xarici görünüşünə görə insanın təkcə sağlamlığı deyil, həm də şəxsi keyfiyyətləri barədə fikir söyləmək olar.

Bugun.tv xəbər veriri ki, ABŞ alimləri bunun üçün iki fotoşəkildən istifadə ediblər. Birinci fotoşəkil heç bir emosiya ifadə etməyən standart pozada, ikincisi isə həmin şəxsin özünün seçdiyi vəziyyətdə çəkilib. Sonra şəkildəki şəxsi tanımayan adamlara onun keyfiyyətini müəyyən etmək təklif olunub. Standart vəziyyətdə çəkilən şəkillər əsasında insanın özünə hörmət etməsi və dindarlığı müəyyən edilib. Sərbəst

vəziyyətdə çəkilən şəkil əsasında isə bütün başlıca keyfiyyət, o cümlədən düzlüyü, üzüyolalığı, siyasi meyilləri və s. üzə çıxıb. Şəkildəki insanın geyim tərzi ilə yanaşı, duruşu, sifətinin ifadəsi də az rol oynamır.

Psixoloq Gülər Məmmədova deyir ki, insanın xarici görkəmini gözəl olaraq qarşılayıb, zəkasına daha çox əhəmiyyət verilməlidir. İnsanın intellektual səviyyəsi onun ümumiyyətlə xarakteri davranışları onun xarici görkəmində də öz əksini tapır. “Əksər insanlar sanki xarici görkəmi və geyimini üstün tutaraq, özlərini, ruhunu,  mənəvi aləmini onunla qidalandırırlar. Ancaq deməliyəm ki, müəyyən bir yaşdan sonra insan həyat təcrübəsi qazanır. Bu zaman heç də həyatın bütün gözəlliklərinin  xarici görünüşdə deyil, təmiz, daha özunə baxımlı olmağı ilə xarketri, davranışı ilə tərənnüm olunur”.

Bir insanın sahib olduğu müsbət, ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və qiymətləndirilməsinə “halo” təsiri deyilir. Bunun tamam əksi isə “horn” effekti adlanır. Horn effektinə gəlincə bu, ilk görüşdən və ya haqqınızda az məlumatı olan bir insanın sizi peşəkarlığınız, qabiliyyət və bacarıqlarınızla deyil, hansısa mənfi bir hadisənin təsiri ilə qiymətləndirməsi deməkdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Hacı Şahin İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirmişdi”-Jalə Əhmədova YAZIR

Nigar Məmmədova

Meteorologiyanın 14 əyalət üçün “sarı” mesajı: Güclü yağışa qarşı diqqətli olun

Bugün TV

Umut Evirgen nəhayət axtardığı sevgini tapdı!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu