Dünya

Hamaneyin ölümü Avropadakı müxalif iranlıları küçələrə çıxardı

İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldüyünə dair xəbərlərdən sonra minlərlə müxalif iranlı Avropanın müxtəlif şəhərlərində küçələrə axışaraq aksiyalar keçirib.

Yaxın Şərqdə gərginlik ABŞ və İsrailin İranın nüvə proqramı ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra Tehrana qarşı hərbi müdaxiləyə başlaması ilə daha da artıb. Məlumata görə, hücumlar zamanı İranın paytaxtı Tehran başda olmaqla bir sıra hədəflər vurulub. İran isə cavab olaraq regionda ABŞ hərbi bazalarının yerləşdiyi bəzi ölkələrə zərbələr endirib.

ABŞ-ın ilk hücum dalğasında İranın ali dini lideri Ayətullah Əli Xameneinin həyatını itirdiyi bildirilir. Bu xəbər İranda hakimiyyət tərəfdarlarını matəmə qərq etsə də, xaricdə yaşayan rejim əleyhdarları tərəfindən sevinclə qarşılanıb.

Berlin və Amsterdamda aksiyalar

Almaniyanın paytaxtı Berlində etirazçılar Brandenburq qapısı önündə toplaşaraq şüarlar səsləndirib.

Niderlandın paytaxtı Amsterdamdə isə aksiyalar Dam meydanında keçirilib. İştirakçılar İran xalqına dəstək və rejimə etiraz şüarları səsləndiriblər.

Milanoda Şah posterləri

İtaliyanın Milan şəhərində yüzlərlə etirazçı İranın Baş Konsulluğu qarşısında toplaşıb. Aksiya zamanı İran şahı Məhəmməd Rza Pəhləvi və onun oğlu Rza Pəhləvinin posterləri nümayiş etdirilib.

Parisdə etiraz

Fransanın paytaxtı Parisdə minlərlə insan Bastiliya meydanında bir araya gələrək həm İran hakimiyyətinə etiraz edib, həm də İran xalqına dəstək nümayiş etdirib.

Aksiyalarda bəzi yerlərdə İsrail bayraqları və ABŞ-a təşəkkür məzmunlu plakatlar da diqqət çəkib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı süni intellekt qaydalarının tətbiqinə başlayır

Aynur Camal

STK-da “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirildi

Aynur Camal

NASA: “Od Tanrısı” asteroidi Yerə yaxın keçəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu