33 C
Baku
3 Sentyabr 2025, 17:31
Hadisə

Hamiləliyini ərindən gizlətmək istədi və yeddinci ayda abort etdi

Bugun.tv xəbər verir ki, Stavropol diyarının sakini hamiləliyinin yeddinci ayını ərindən gizlətməyə çalışaraq özbaşına abort etdirib. Bu barədə “Baza” məlumat yayıb.

Hadisə Lermontov şəhərində baş verib. Evə qayıdan 38 yaşlı sürücü arvadını hamamda qan içində görüb. Qadının yanında yeddi aylıq qız cəsədi uzanıb. Şok vəziyyətində olan kişi təcili yardım çağırsa da, həkimlər rus qadını xilas etməyə vaxt tapmayıblar.

Hadisə yerindən məhkəmə-tibb ekspertləri vaxtından əvvəl doğuşa səbəb olan həblər götürüblər. Nəşrin aydınlaşdırdığı kimi, Stavropol sakini həyat yoldaşının hamiləliyindən belə şübhələnməyib.

Bundan əvvəl Pyatiqorskda bir qadın uşaq dünyaya gətirərək tullantı quyusuna atıb.

Mənbə lenta.ru

Kəmalə Sultan

Oxşar xəbərlər

Elektrik qızdırıcısı yanğına səbəb olub: 3 nəfər xəstəxanaya yerləşdirildi

İntizar Əmirova

ÜST: COVID JN.1-in yeni variantı qlobal miqyasda sürətlə yayılır

İntizar Əmirova

47 min 500 makaron ələ keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu