HƏMAS, İsrailin Qəzzaya hücumu nəticəsində öldürülən Siyasi Büro rəhbəri İsmayıl Haniyənin ofisində çalışan bəzi mühafizəçilərin və həyatını itirdiyini açıqlayıb.
HƏMAS-ın verdiyi yazılı açıqlamada İsrailin hücumu ilə bağlı məlumat verilib.
İsrailin Şati Qaçqınlar Düşərgəsini hədəf alan hücumunda Haniyənin bəzi mühafizəçiləri və ofis işçilərinin həyatını itirdiyi bildirilib.
Başsağlığı mesajının yer aldığı bəyanatda həyatını itirənlərlə bağlı ətraflı məlumat verilməyib.
HƏMAS bəyan edib ki, bu hücum “İsrailin Haniyə ilə yaxın və ya uzaq əlaqəsi olan hər kəsə nifrətinin ölçüsünü” əks etdirir.
Bildirilib ki, İsrailin törətdiyi bu cinayətlər Haniyənin övlad və nəvələrinin öldürülməsi və ya qohumlarının evlərinin bombalanması ilə başlamadığı kimi, Tehrandakı sui-qəsdlə də bitməyəcək.
İsrailin hücumlarının fələstinlilərin müqavimət iradəsini qıra bilməyəcəyi vurğulanıb.
İsrailin dünən Şati Qaçqınlar Düşərgəsində bir qrup fələstinlini hədəf aldığı hücumda 6 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
HƏMAS lideri Haniyə iyulun 31-də Tehranda öldürülüb. İran və Həmas Haniyə sui-qəsdin arxasında İsrailin olduğunu bəyan etmişdilər.
Mənbə: Haber Global