8 C
Baku
21 Dekabr 2025, 22:55
Dünya

Hans Zimmer Səudiyyə Ərəbistanının Dövlət Himnini yenidən bəstələyəcək

Dünyaca məşhur filmlərə musiqi bəstələyən Hans Zimmerin Səudiyyə Ərəbistanının Dövlət Himninin yeni təfsiri üzərində çalışdığı açıqlanıb. Sosial həyatda bir sıra islahatlara imza atan Səudiyyə Ərəbistanı ölkənin dövlət himnini yenidən bəstələmək istəyir.

Bu çərçivədə Səudiyyə Ərəbistanının Ümumi Əyləncə İdarəsinin sədri Turki Əl Şeyx Hans Zimmerin Səudiyyə Ərəbistanının milli himninin yeni şərhini hazırladığını açıqlayıb.

Əl Şeyx, Zimmerlə müxtəlif layihələri, o cümlədən Səudiyyə Ərəbistanının mədəniyyətindən və irsindən ilhamlanaraq, Ərəbistan adlı orijinal bir konsert və orijinal kompozisiyanı müzakirə etdiyini açıqladı.

Əl Şeyx sosial şəbəkədəki paylaşımında Zimmeri “müasir dövrün ən böyük musiqiçilərindən biri” olaraq xarakterizə edərək, bir çox layihələri müzakirə etdiklərini və bu layihələrin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Zimmerə həmçinin Səudiyyə Ərəbistanının yaxınlaşan “Yermuk döyüşü” filminin saundtrekini yazmaq üçün müraciət etdilər.

Yazısının sonunda Əl Şeyx Zimmerin Səudiyyə Ərəbistanına və xalqına böyük heyran olduğunu bildirib və ailəsi ilə birlikdə ölkəyə yenidən səfər edəcəyinə söz verib.

Dünya şöhrətli alman bəstəkarı və musiqi prodüseri Hans Zimmer karyerası boyu bir çox məşhur filmlərin, o cümlədən Karib dənizinin quldurları serialı, Qladiator, Kral Şir, Da Vinçinin şifrəsi, Mələklər və Şeytanların musiqisini bəstələyib.

Zimmer ən son olaraq Mufasa: The Lion King, Dune: Desert Planet Part Two və Damsel kimi prodaksiyalar üçün musiqi bəstələyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Meksika Trampın qoşun göndərmək təklifinə reaksiya verdi

Aynur Camal

Co Bayden: “Silah zorakılığının qarşısını almaq üçün yeni qurum yaradıldı

Teymur Əziz

İsrail iki məktəbə hücum etdi! Ən azı 11 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu