19 C
Baku
29 İyun 2025, 2:18
Sosial

Hansı hallarda nənə və ya baba aliment ödəyə bilər?

Valideynlər ayrılarkən kişi aliment ödəyir. Bəzi hallarda bu işi nənə və ya baba da edə bilər. Bəs bu hansı hallarda mümkündür?

Aliment boşanma zamanı kişinin övladı üçün anaya ödədəyi puldur. Lakin bəzən ata  müəyyən səbəblərdən alimenti ödəyə bilmir. Nəticədə isə uşağın maddi təminatında problemlər yaranır. Belə olan halda aliment nənə və babadan da tələb edilə bilər.

Mövzu ilə bağlı Bugun.tv-yə hüquqşünas Nicat Ələkbərzadə danışıb.

O, bildirib ki, ailə qanunvericiliyinin tələbinə görə aliment öhdəlikləri bir neçə halda təsbit edilib. Onlardan birincisi valideynlərin və uşaqların aliment öhdəlikləri, digəri isə ər və arvadın bir-birini saxlamaq öhdəsi və digər ailə üzvlərinin aliment öhdəlikləridir. Bilirsiniz ki, aliment öhdəliyi mübahisəli hallarda yaranır. Adətən qanun belə təsbit edib ki, əgər nəvənin valideynləri, yaxud da onlardan biri övladını saxlaya bilmirsə, zəruri vəsaiti yoxdursa, buna zəruri vəsaiti olan baba-nənədən nəvənin o alimenti tələb etmək hüququ yaranır. O haldakı yalnız valideyni və valideynlərdən biri bunun təminatını verə bilməsin.

Nənə və babanın ödəyəcəyi alimentin məbləğinə gəlincə, bu atananın ödəməli olduğu məbləğlə eynidir.

Hüquqşünas onu da qeyd etdi ki, ailə qanunvericiliyin tələbinə görə 2 formada aliment tutulur. Birinci forma odur ki, alimentin tutulması müəyyən meyarlarla nəzərdə tutulub.Bir uşağa görə qazancının və gəlirlərinin 4-də 1 hissəsi, 2 uşağa görə gəlir və qazanclarının 3-də 1 hissəsi, 3 və daha çox uşaqdırsa qazanc və gəlirlərin yarısı hesab olunur. Digər hallarda isə sabit pul məbləğində alimentin tutulması təsbit edilib. Hər il ehtiyac meyarı dəyişir. Bu il üçün 2022 ci ilin yanvar ayından etibarən uşaqların saxlanması üçün 193 manat nəzərdə tutulub.

Ailə kiçik cəmiyyətdir. Valideynlər ayrılarkən isə ən çox zərbə elə uşaqlara dəyir. Gəlin övladlarımızı qoruyaq, çünki onlar bizim gələcəyimizdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

Aynur Camal

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olundu

Aynur Camal

Sabahdan I siniflərinə şagird qəbuluna start veriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu