11 C
Baku
13 Mart 2026, 16:54
İdman

Hansı məşqlər insanın zehni fəaliyyətini gücləndirir?

Alimlər müəyyən ediblər ki, müntəzəm fiziki məşqlər təkcə bədəni deyil, eyni zamanda beyin fəaliyyətini də gücləndirir. Araşdırmaya görə, insanın fiziki dözümlülüyü nə qədər yüksəkdirsə, məşqlərin beyin üçün faydası da bir o qədər artır.

Tədqiqat University College London alimləri tərəfindən aparılıb. Nəticələr isə Brain Research jurnalında dərc olunub.

Məlumata görə, fiziki hazırlığın yaxşılaşması hər məşqdən sonra beyində stimullaşdırıcı zülalların daha çox ifraz olunmasına səbəb olur. Eksperimentdə fiziki cəhətdən aktiv olmayan könüllülər iştirak edib. Onlar 12 həftə ərzində həftədə üç dəfə velotrenajorda məşq ediblər.

Tədqiqatçılar proqramın əvvəlində, ortasında və sonunda iştirakçıların qanında oksigen səviyyəsini ölçüb və məşqdən dərhal sonra qanın kimyəvi tərkibini analiz ediblər.

Araşdırma göstərib ki, iştirakçıların dözümlülüyü artdıqca beyində ifraz olunan Brain-Derived Neurotrophic Factor (BDNF) zülalının miqdarı da artır. Bu zülal mövcud beyin hüceyrələrinin sağlamlığını qoruyur və yeni sinapsların yaranmasını stimullaşdırır.

Alimlər həmçinin qeyd ediblər ki, müsbət dəyişikliklər gözlənildiyindən daha tez baş verir. Araşdırmaya görə, faydalı zülalların artımı artıq altıncı həftədə müşahidə olunub. Bu isə o deməkdir ki, az hərəkətli həyat tərzi keçirən insanlar üçün belə müntəzəm məşqlər qısa müddətdə yaddaşı və zehni fəaliyyəti yaxşılaşdıra bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Futbol ulduzu niyə özünün xüsusi Barbie kuklasını hazırladıb?

Aynur Camal

Dünya T20 Kubokunda Cənubi Afrika Qərb Hindistanı məğlub etdi

Aynur Camal

Nyukasl” “Qarabağ”ı məğlub edərək Çempionlar Liqasına vəsiqə qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu