Baş xəbərDünya

Harrisdən ‘İsrailə silah embarqosu’ istəyənlərə cavab! Fələstin siyasəti müəyyənləşdi

ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailin Qəzzada həyata keçirdiyi soyqırımdan danışıb. İsrailin özünü müdafiə etmək hüququ olduğunu, ancaq bunu necə edəcəyinin önəmli olduğunu ifadə edən Harris, “Çox sayda günahsız fələstinli həyatını itirib. Bu müharibə bitməlidir” deyib.

ABŞ prezidenti Co Baydenin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrailin Qəzzada dəhşətli qırğın zəncirləri ilə davam edən soyqırım kampaniyası ilə bağlı açıqlamalar verib. Vitse-prezidentliyə namizəd olan Minnesota qubernatoru Tim Valz ilə CNN-ə müsahibə verən Harris, İsrail və Fələstin arasında iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.

İsrailin özünü müdafiə etmə haqqı olduğunu, ancaq bunu necə edəcəyinin önəmli olduğunu ifadə edən Harris, “Çox sayda günahsız fələstinli həyatını itirdi. Razılaşmaya getməliyik. Bu müharibə bitməlidir” deyib.

İsrailin müdafiə və özünümüdafiə haqqına bağlılığının sarsılmaz olduğunu və bunun dəyişməyəcəyini vurğulayan Harris, “Girovların xilas edilməsi ilə bağlı razılaşma əldə etməliyik” deyib.

Demokrat Partiyasının içindəki bir kəsimin intensiv şəkildə “İsrailə silah embarqosu” tələb etdiyini xatırladan aparıcı “Bu silah siyasətində dəyişiklik olmayacaqmı?” “Xeyr. Biz razılaşmanı indi yekunlaşdırmalıyıq” o cavab verib.

Harris bildirib ki, ABŞ prezidenti Co Bayden ona iyul ayında seçkidən çəkilmək qərarı barədə telefonla məlumat verib və deyilənləri izah edib. “Əminsənmi?” deyə Bayden qərarını açıqladığı anda soruşdu. “O, mənə qərarından əmin olduğunu söylədi və mən vəziyyəti belə öyrəndim” deyə Harris bildirib.

Harris əlavə etdi ki, Bayden prezidentliyə namizədliyi üçün onu dəstəkləməkdə çox aydındır.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu