Baş xəbərDünya

“Hatayda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”

“Azərbaycanın xilasediciləri Türkiyənin Hatay şəhərində 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar”.

Bugun.tv xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin zəlzələ bölgəsində olan Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib. “Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları indiyədək Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 canlı, 752 nəfərin meyitini çıxarıblar. Bu gün isə mənə məruzə edildi ki, Hatay bölgəsində xilasedicilərimiz 26 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, – nazir müavini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Çin raketinə buraxılışı zamanı ildırım düşdü

Aynur Camal

Bir gün rəhbərliklə

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu