19 C
Baku
8 Sentyabr 2024, 3:28
Baş xəbərSiyasət

Hava limanında bomba təhlükəsi: Hava limanları boşaldılıb

Bugun tv xəbər verir ki, hava limanının bomba təhdidlərinə görə boşaldıldığı bildirilib. Fransada 4 hava limanında bomba təhlükəsi var

TRT Haber”in Fransanın BFMTV kanalından götürdüyü xəbərə görə, ölkənin Bordo, Nant, Lill və Monpelye şəhərlərindəki hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb.

Polis Montpelye hava limanına gələrkən bomba qrupları hava limanında axtarışlar aparır.

Yerli vaxtla saat 10.30-da Lille hava limanından təxminən 300 sərnişin təxliyyə edilsə də, bu hava limanında fəaliyyətlər 12.00 radələrində tədricən bərpa edilib. Son günlər ölkədə məktəb, hava limanı, muzey kimi ərazilərdə edilən saxta bomba təhdidlərinin ardından ədliyyə naziri Erik Dupond-Moretti dünən mətbuata açıqlamasında saxta bomba hədəsi verənləri tapıb cəzalandıracaqlarını açıqlayıb.

Dünən ölkədəki 6 hava limanı bomba hədələrinə görə boşaldılıb, lakin xəbərlərin əsassız olduğu üzə çıxıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Fələstin: İsrail Qəzzada xalqımıza qarşı soyqırım törədir

Bugün TV

Fabrikdə yanğın baş verdi

Bugün TV

SON DƏQİQƏ: İran ordusu Zəncan yolu ilə Azərbaycana doğru hərbi texnika cəmləşdirir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu